İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir.
İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar.
Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir .
İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .